Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəyallarındakı evi 5 ilə tikdilər - FOTOlar

Xəyallarındakı evi 5 ilə tikdilər - FOTOlar

Tarix: 19 May 2021 18:55

37 yaşlı Mila Kunis və 43 yaşlı Eşton Katçer xəyallarındakı evi tikib başa çatdırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 10 ildir birlikdə olan, evlənən və övladı dünyaya gələn cütlük villa üçün 5 il sərf edib.

Bir dərgi üçün evlərində obyektiv qarşısına keçən Mila və Eşton Los-Ancelesdə 24 min kvadratmetr ərazidə yaşayır.

Böyük bir ərazidə cütlük villa ilə yanaşı, qonaq evi, əyləncə mərkəzi, barbekyu sahəsi tikdirib. Mila bildirib ki, həyat yoldaşı ilə hər zaman rahat bir ev arzulayıblar:

"İstəyirdik ki, evimiz qədim saray kimi görünsün. Eyni zamanda müasir görünüşü olmalıydı. Bu böyük çilçıraqları evdən asmaq bizə xəyal görünürdü. Amma hər istəyimiz gerçəkləşdi".

Milli.Az


Etiketlər:  Xəyallarındakı ilə tikdilər FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ