Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 21:10
Yaponiya hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Tokio Yay Olimpiya Oyunları zamanı idmançıların və nümayəndə heyətləri üzvlərinin yerli əhali ilə təmaslarını qadağan edən sərt tədbirlər görməyi planlaşdırır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Baş nazir Yoşihide Suqa parlamentdə çıxışı zamanı məlumat verib. O, həmçinin xarici ölkələrdən gələn idmançıları pulsuz peyvənd etmək niyyətində olduqlarını da vurğulayıb.
Xatırladaq ki, Tokio Yay Olimpiya və Paralimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışlar bir il təxirə salınıb. Olimpiya Oyunlarının cari il iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunlarının isə avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.