Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 14:16
“Düşünmürdük ki, məğlub olarıq. Bu oyun bizim üçün yaxşı təcrübə oldu. Növbəti mərhələyə adlamaq istəyirdik. Görünən odur ki, bunu növbəti illərdə reallaşdırmalı olacağıq”.
Qol.az-ın xəbərinə görə, bu sözləri “Dundalk”ın müdafiəçisi Daniel Kleri İrlandiyanın “İndependent” nəşrinə müsahibəsində bildirib.
“Qarabağ”ın köklü klub olduğunu söyləyən futbolçu onlardan nümunə götürmək istədiklərini deyib: “Düşünürəm ki, qarşıdakı illərdə biz də “Qarabağ” kimi yaxşı oyun göstərməyi bacaracağıq. Bizim “Qarabağ” kimi güclü komanda olmaq üçün böyük potensialımız var”.
Kleri bildirib ki, “Qarabağ”da yüksək keyfiyyətli oyun nümayiş futbolçular çıxış edir: “Texniki və taktiki baxımından bizdən üstündürlər. Bundan əlavə komandanın son 5 mövsümdə avrokubokların qrupunda çıxışı onun potensialından xəbər verir”.
Xatırladaq ki, “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində “Dundalk”ı üstələyərək (1:1, 3:0) növbəti mərhələyə adlayıb.