Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda qadından dəhşətli cinayət: ərini öldürüb, meyitini yandırdı

Azərbaycanda qadından dəhşətli cinayət:  ərini öldürüb, meyitini yandırdı

Tarix: 20 May 2021 13:14

Neftçala rayonunda itkin düşən kişinin yandırılmış meyiti aşkar edilib.

Sonxeber.net-ın məlumatına görə, 17 may 2021-ci il tarixində Lerik rayon sakini, 1960-cı il təvəllüdlü Məhərrəmova Şahzadə Nəzir qızı kənd icra nümayəndəliyinə müraciət edərək, qeyri-rəsmi nikahda olduğu Neftçala rayon Aşağı Surra kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərov Qalib Cabir oğlunun 11 may tarixində itkin düşməsi barədə məlumat verib.

Neftçala Rayon Polis Şöbəsinin və Neftçala Rayon Prokurorluğunun apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşən şəxsin öz həyat yoldaşı Şahzadə Məhərrəmova tərəfindən qətlə yetirildiyi məlum olub.

Şahzadə Məhərrəmova saxlanılaraq etdiyi cinayət əməlini etiraf edib və qeyd edib ki, həyat yoldaşı Qalib Əsgərovu öldürdükdən sonra yandıraraq öz həyətlərində basdırıb. Faktla bağlı Neftçala rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.


Etiketlər:  Azərbaycanda qadından dəhşətli cinayət ərini öldürüb meyitini yandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ