Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baydendən Putinə “hədiyyə”

Baydendən Putinə “hədiyyə”

Tarix: 20 May 2021 14:16

ABŞ Prezidenti Co Bayden "Şimal axını 2" operatoruna qarşı tətbiq olunan sanksiyaları ləğv edərək, Rusiyaya "hədiyyə" verdiyinə görə qınanılıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu ittihamlar Respublikaçı konqresmen Cim Riş tərəfindən səsləndirilib.

Riş bu kimi addımların ABŞ-ın Mərkəzi, Şərqi və Şimali Avropadakı müttəfiqlərinin maraqlarından daha çox Almaniya və Rusiyanın maraqlarına xidmət etdiyini deyib.

Konqresmenin fikrincə, "Şimal axını 2" kompaniyası və onun rəhbərinə qarşı tətbiq olunan sanksiyaların ləğvi, Bayden və Rusiya lideri Vladimir Putinin təklif olunan görüşündən əvvəl ABŞ-ın mövqeyini zəiflədəcək.

ABŞ-ın "Şimal axını 2" qaz kəmərinin operatoruna qarşı sanksiyaların ləğvi dünən elan olunub. Bundan sonra ABŞ Dövlət Departamenti boru kəmərinə qarşı sanksiyalardan imtina etdiyini təsdiqləyib.


Etiketlər:  Baydendən Putinə hədiyyə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR