Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ötən il Formula yarışlarına satılan biletlərin aqibətinə aydınlıq gətirildi

Bakıda ötən il Formula yarışlarına satılan biletlərin aqibətinə aydınlıq gətirildi

Tarix: 20 May 2021 15:18

Pandemiya səbəbindən keçirilməyən 2020-ci il Formula 1 Azərbaycan Qran Prisinə satılan biletlərlə bağlı məsələyə aydınlıq gətirilib.

Bakı Şəhər Halqasından Sonxeber.net-a verilən məlumata görə, 2020-ci il Qran Prisi üçün satılan biletlər tam olaraq qaytarılıb:

"Əvvəl azarkeşlərin ixtiyarına buraxılmışdı ki, ya biletlər dərhal qaytarılsın, ya da 2021-ci ildə yarış baş tutarsa, bu ilə keçirilsin. Lakin məlum olandan sonra ki, yarış tamaşaçısız keçiriləcək, biletlər kütləvi şəkildə qaytarıldı və hazırda heç bir bilet qalmayıb".

Qeyd edək ki, Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.


Etiketlər:  Bakıda ötən Formula yarışlarına satılan biletlərin aqibətinə aydınlıq gətirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ