Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan hərbi helikopteri Türkiyədə təcili eniş etdi

Azərbaycan hərbi helikopteri Türkiyədə təcili eniş etdi

Tarix: 20 May 2021 22:36

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Mİ-17 tipli helikopter bu gün Bakı vaxtilə saat 20:00 radələrində Türkiyənin Giresun rayonunun Tirebolu ilçəsi ərazisində təcili eniş edib.

Bu barədə "Haber Global" məlumat yayıb.

Məlumatda 6 nəfərlik heyəti olan hərbi helikopterin Yalıköy kəndi yaxınlığındakı dəniz sahilinə endiyi bildirlib.

Helikopterin Amasyadakı Merzifon Hərbi Hava Qüvvələri bazasına getdiyi qeyd olunub.

İlkin məlumata əsasən, Mİ-17-nin təcili enişinə mühərrikində yaranan problemlər səbəb olub. Hadisə nəticəsində heç kimin xəsarət almadığı bildirilib.


Etiketlər:  Azərbaycan hərbi helikopteri Türkiyədə təcili eniş etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ