Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Öldürdüyü şəxsin meyitini hissələrə böldü, paketə büküb çarpayının altında düz bir il saxladı - Film kimi hadisə

Öldürdüyü şəxsin meyitini hissələrə böldü, paketə büküb çarpayının altında düz bir il saxladı - Film kimi hadisə

Tarix: 22 May 2021 11:58

Saxalində hüquq-mühafizə orqanları ötən ilin sentyabrında törədilən dəhşətli qətlin üstünü açmağa müvəffəq olublar.

Milli.Az Rusiya mediasına istinadən xəbər verir ki, vilayət sakininin yoxa çıxması üzrə istintaq xeyli sürüb. Yalnız bu günlərdə şübhəli şəxsin izinə düşə biliblər. Evdə axtarış zamanı öldürülən şəxsin meyitinin qalıqlarını tapılıb. Faciə isə belə olub. 31 yaşlı zərərçəkən 56 yaşlı şübhəlinin evinə gəlib. Spirtli içki içdikdən sonra ev sahibi yatıb. Duranda isə onu yanında yatan görüb.

Bundan sonra onlar arasında münaqişə yaşanıb. Bu zaman şübhəli onun başına zərbələr endirərək öldürüb. Ürəyi soyumayaraq hissələrə bölüb. Bir hissəsini meşəyə atıb, yerdə qalan hissəni isə paketə büküb çarpayının altında düz bir il saxlayıb.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Öldürdüyü şəxsin meyitini hissələrə böldü paketə büküb çarpayının altında düz bir il saxladı Film kimi hadisə


RƏYLƏR