Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polşa da “Bayraktar” istəyir - Qarabağ uğuru Türkiyə silahına dünya boyu marağı artırıb

Polşa da “Bayraktar” istəyir - Qarabağ uğuru Türkiyə silahına dünya boyu marağı artırıb

Tarix: 22 May 2021 14:46

İkinci Qarabağ müharibəsində qardaş Türkiyə istehsallı pilotsuz uçuş aparatlarının uğuru bütün dünyada onu məşhurlaşmaqda davam edir. Türkiyə istehsallı Bayraktar TB2-ın Qarabağdakı müvəffəqqiyəti dünyanın müdafiə nazirliklərini ciddi şəkildə maraqlandırmağa başlayıb. Artıq Polşanın da Türkiyə istehsallı bu pilotsuz uçuş aparatları almaq üçün sifariş verdikləri bildirilir.

Türkiyə mediasının yazdığına görə, Polşanın müdafiə naziri Mariuş Blaşak Bayraktar TB2 almaq niyyətlərini bildirib. Özünün Twitter səhifəsində pilotsuz uçuş aparatının fotosunu yerləşdirib. Şəkilin fonunda maraqlı bir mətn də yerləşdirib. "Çox tezliklə yaxşı xəbər olacaq. Yenilənmələrə nəzər salın və qaçırmayın" - deyə nazir bildirib. Maraqlıdır ki, pilotsuz uşuş aparatı fonunda bu fotonun altında Polşa Hərbi hava Qüvələrinin emblemi də əks olunub.

Qeyd edək ki, bundan əvvəl, Mərakeş, Ukrayna və İndoneziya da bu uçuş aparatlarını almaq üçün müraciət etmişdi. Artıq Ukrayna və Azərbaycanın silahlı qüvvələrinin arsenalında onlar var. Bu pilotsuz uçuş aparatlarının xarakteristikası belədir - uzunluğu 6,5 metr, qanadları açılanda 12 metrə çatır. Radiusu isə 150 km-ə çatır. Modernləşmədən sonra Bayraktar TB2 300 km-ə kimi gedib çıxa bilir. Maksimal yük daşıma ağırlığı 50 kiloqramdır. Eyni zamanda, maksimum uçuş sürəti - saatda 222 kilometr, seyr sürəti saatda 130 kilometrdir. Uçuş hündürlüyü də olduqca böyükdür - 6 min 750 metr.

Bolqarıstanın da türk hava "qatili"nin alınmasına maraq göstərdiyi məlumdur. Məlum olub ki, bu ölkə tərəfindən 6 Bayraktar TB2 orta hündürlükdə döyüş maşını alınması barədə danışıqlar keçən il başlayıb. Ancaq pandemiya baş verdiyinə görə kəsilib. Bolqarıstana ixrac edilərsə, bu, Türkiyənin milli silah sisteminin ilk dəfə AB üzvü bir dövlət tərəfindən istifadə ediləcəyi deməkdir. "Haber 7 türk xəbər agentliyi" yazır ki, bu tip PUA-lar yalnız Dağlıq Qarabağda istifadə olunmurdu. Onların effektivliyi Suriya və Liviyadakı hərbi əməliyyatlarda bir dəfədən çox sübut edilib. Polşa ordusu, NATO-ya üzv ölkələrin digər silahlı qüvvələri kimi, indi də modernləşməni fəal şəkildə davam etdirir. Və Bayraktar TB2 pilotsuz təyyarələrinin alınması proqramına tamamilə uyğundur. Bu silah növü canlı nümunələrlə öz əhəmiyyətini göstərib.

Azər Nuriyev
Milli.Az


Etiketlər:  Polşa da Bayraktar istəyir Qarabağ uğuru Türkiyə silahına dünya boyu marağı artırıb


RƏYLƏR