Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2021 17:38
Masallıda velosiped sürücüsü yol qəzasında ölüb.
Daxilin İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, mayın 21-də saat 11 radələrində Masallı rayonunun Təklə kəndi ərazisində rayon sakini Hüseyn Qafarovun idarə etdiyi motosikletlə Cəlilabad rayon sakini Ə.Rzayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Qafarov ölüb.
Masallı RPŞ tərəfindən araşdırma aparılıb.