Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurbanlı üçün 67 dəqiqə və 3 xal

Qurbanlı üçün 67 dəqiqə və 3 xal

Tarix: 23 May 2021 19:50

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, onun formasını geyindiyi "Dinamo-Avto" ölkə çempionatının 35-ci turu çərçivəsində doğma meydanda "Milsami" ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.
 
"Dinamo-Avto" bu mövsüm Moldova çempionatında keçirdiyi 35 oyunda 45 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Qurbanlı üçün dəqiqə


RƏYLƏR