Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəbiyev Çexiyada daha bir qol vurdu

Nəbiyev Çexiyada daha bir qol vurdu

Tarix: 23 May 2021 19:58

Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 71-ci dəqiqədə əvəzlənib. O, 55-cu dəqiqədə fərqlənməklə komandasının sonuncu qolunu vurub.

Futbol üzrə Çexiya 2-ci divizionunda 25-ci turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Xrudim"lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 5:3.
 
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 71-ci dəqiqədə əvəzlənib. O, 55-cu dəqiqədə fərqlənməklə komandasının sonuncu qolunu vurub.
 
25 turdan sonra 39 xala malik "Viktoriya" 4-cü pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Nəbiyev Çexiyada daha vurdu


RƏYLƏR