Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniya britaniyalı və yaponiyalı turistlər üçün məhdudiyyətləri aradan qaldıracaq

İspaniya britaniyalı və yaponiyalı turistlər üçün məhdudiyyətləri aradan qaldıracaq

Tarix: 23 May 2021 20:22

İspaniya mayın 24-dən etibarən britaniyalı və yaponiyalı turistlər üçün məhdudiyyətləri rəsmən ləğv edəcəyini bildirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hökumət Böyük Britaniya və Yaponiyanın Avropa İttifaqına səfərlər zamanı məhdudiyyətlərdən azad olunan ölkələrin siyahısına salınacağını elan edib. Lakin İspaniyaya səfər edəcək britaniyalı turistlər qayıdarkən mütləq karantindən keçməlidir.

Böyük Britaniya hökuməti isə öz növbəsində zərurət yaranmadıqda İspaniya da daxil olmaqla Avropa İttifaqının digər ölkələrinə səyahətdən çəkinməyi tövsiyə edir. Birləşmiş Krallıq "işıqfor sistemi"nə uyğun olaraq əhalini COVID-19 infeksiyasına yoluxma riskinin daha yüksək olduğu "sarı" və "qırmızı" ölkələrə səyahətlərdən yayınmağa çağırıb.

Qeyd edək ki, Portuqaliya və İspaniyanın turizm sektoru böyük ölçüdə britaniyalı turistlərdən asılıdır. İngiltərə, Şotlandiya və Uelsdən olan turistlər ötən həftədən etibarən Portuqaliyaya səfərlərə başlayıblar. İspaniyanın Baş nazir Pedro Sançesin sözlərinə görə, məhdudiyyətlərin aradan qaldırılması ölkənin yay turizminin 2019-cu il səviyyəsinin 30-40 faizinə çatmasına imkan verə bilər.


Etiketlər:  İspaniya britaniyalı yaponiyalı turistlər üçün məhdudiyyətləri aradan qaldıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ