Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 10:18
Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov vəzifəsindən azad edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun vəzifəsindən azad olunmasına səbəb Ali Məhkəməyə hakim təyin edilməsidir.
Onun Milli Məclisdəki vəzifəsinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, Milli Məclisin mayın 21-də keçirilən iclasında Ali Məhkəməyə səkkiz hakim təyin olunub, onlardan biri də S.Kərimovdur.