Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 11:57
"Dünya soyuq müharibə dövründə olduğu kimi ən azı iki qütbə bölünüb. Bir koalisiya ABŞ, Qərbi Avropa ölkələri, ikincisi isə Çin, Rusiya, İranın olduğu koalisiyadır".
Bunu Sonxeber.net-a açıqlamasında Ukrayna Diplomatiya İnstitutunun eksperti Nikolay Spiridonov deyib.
"Ermənistan ikinci qütbdədir, buna görə Rusiya da, İran da onu qismən dəstəkləyir. Üstəlik, böyük ehtimal ki, burada iqtisadi komponentlər də var.
Lakin İranın Ermənistana yüksək səviyyəli hərbi məsləhətçilər göndərməsi Ermənistanın hərbi qüvvələrini gücləndirmək üçün atılan bir addımdır. Bu cür hərəkətlər İran üçün təhlükəlidir, çünki bu ölkədə 35-40 milyon Azərbaycan mənşəli insan yaşayır.
Buna görə, tərəflərdən birinə açıq dəstək İran cəmiyyətində parçalanmaya səbəb ola bilər".
Təhməz Əsədov