Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bənövşəyi-çəhrayı ''Sakura'' brilyantı hərracda 29,1 milyon dollara satılıb

Bənövşəyi-çəhrayı ''Sakura'' brilyantı hərracda 29,1 milyon dollara satılıb

Tarix: 24 May 2021 20:42

Honkonqda keçirilən hərracda 15,81 karatlıq bənövşəyi-çəhrayı "Sakura" brilyantı 29 milyon dollardan baha satılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Christie's" satış evində keçirilən hərracın təşkilatçıları bu qiymətin bənövşəyi-çəhrayı daşlar üçün rekord olduğunu deyirlər.

Platin və qızıldan işlənmiş üzüyü bəzəyən qiymətli daş mayın 23-də 226 milyon 275 min Honkonq dollarına (29,1 milyon dollar) alıcı tapıb. Satış evinin mütəxəssisləri qeyd edir ki, bu cür almazlara təbiətdə olduqca nadir halda rast gəlinir və onların yalnız 10 faizinin çəkisi 0,2 karatdan yuxarı olur.

Bənövşəyi-çəhrayı brilyantlar üçün əvvəlki qiymət rekordu ötən ilin noyabrında Cenevrədə qeydə alınıb. O zaman Saxa Respublikasında (Yakutiya) aşkarlanan 14,83 karatlıq "Qızılgül xəyalı" adlı qiymətli daş 26,6 milyon dollara satılmışdı.

Qiymətli daşların qiymətindəki mövcud rekord isə 2013-cü ilin noyabrında Cenevrədəki "Sotheby's" satış evində müəyyən edilib: 1999-cu ildə Cənubi Afrika Respublikasında tapılmış 59,6 karatlıq "Pink Star" brilyantına görə 83,19 milyon dollar təklif olunmuşdu. Lakin alıcının ödəməyə pulu olmadığı üçün qiymətli daş hərraca qaytarılmış və 2017-ci ilin aprelində Honkonqda keçirilən təkrar hərracda 71,2 milyon dollara satılmışdı.


Etiketlər:  Bənövşəyi çəhrayı Sakura brilyantı hərracda milyon dollara satılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ