Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST-nin yeni məruzəsi: İnsan təbiəti məhv etməklə bərabər, öz sağlamlığını da məhv edir

ÜST-nin yeni məruzəsi: İnsan təbiəti məhv etməklə bərabər, öz sağlamlığını da məhv edir

Tarix: 24 May 2021 21:38

Urbanizasiya, torpaqdan səmərəsiz istifadə, qlobal ticarət və sənayeləşmə təbiətə və biomüxtəlifliyə mənfi təsir göstərir. Təbii resursların tükədilməsi isə, öz növbəsində, insanların səhhətində də əksini tapır. ÜST-nin Avropa bürosunun ekspertləri bu əlaqənin öyrənilməsi ilə məşğuldurlar.

Hər il mayın 22-də qeyd olunan Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar təşkilat təbiət, biomüxtəliflik və sağlamlıq məsələlərinə həsr edilmiş ilk məruzəni dərc edib. Məruzə ÜST-nin Britaniyadakı Ekseter Universitetinin bazasında yerləşən Ətraf mühit və sağlamlıq üzrə əməkdaşlıq mərkəzi ilə birgə hazırlanıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məruzədə şəhərlərdə havanın keyfiyyəti, şirin su sistemlərinin, sahilyanı zonaların, dənizlərin, okeanların və torpaqların vəziyyəti, kənd təsərrüfatının idarə edilməsi metodları, ərzaq təhlükəsizliyi və qida rejimi, infeksion xəstəliklər, o cümlədən insanın və vəhşi təbiətin qarşılıqlı fəaliyyəti nəticəsində əmələ gələn xəstəliklər, mikrob müxtəlifliyi kimi məsələlərə nəzər salınır.

Məsələn, ÜST ekspertləri xəbər verirlər ki, dünyada 16 milyon insanın təmiz içməli sudan istifadə etmək imkanı yoxdur, Avropa regionunda yoluxucu xəstəliklərə tutulmaların 20 faizi isə məhz təmiz su və adekvat sanitar-gigiyena şəraitinin olmaması səbəbindən baş verir.

Məruzə, ilk növbədə, səhiyyə və ətraf mühitin mühafizəsi sahəsində siyasətin işlənib hazırlanmasına cavabdeh olanlar üçün nəzərdə tutulub. Məruzənin müəllifləri hakimiyyət orqanlarını insan fəaliyyətinin təbiətə mənfi təsiri problemlərinə yerli və milli səviyyədə diqqət yetirməyə və təbiətin müdafiəsinə yönələn tədbirlərin görülməsinə çağırırlar.


Etiketlər:  ÜST yeni məruzəsi İnsan təbiəti məhv etməklə bərabər sağlamlığını məhv edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ