Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 23:36
Fransanın "Anje" klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, Liqa 1 təmsilçisini bundan sonra Cerald Batik çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 51 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Batikl bundan əvvəl "Lion"da məşqçi kimi çalışırdı. Fransız mütəxəssis "Anje"də baş məşqçi postunda Stefan Mulini əvəzləyib.
"Anje" Liqa 1-də mövsümü 13-cü sırada tamamlayıb.