Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 01:22
Böyük Britaniyadan olan 99 yaşlı pensiyaçı Beril Karr izolyasiya rejimində evdə bekar oturmaqdan bezərək əvvəlki işinə çıxıb.
Sonxeber.net big.az-a istinadən xəbər verir ki,bu barədə "Mirror" yazır.
Belə ki, 17 il London xəstəxanasında könüllü işçi olan qadın koronavirus pandemiyası başlayandan bir il ərzində evdə özünü təcrid etməli olub.
"Bu, çox sıxıcı 12 ay oldu", - deyən Karr pandemiya dövründə yalnız qızıyla ünsiyyətdə olub və yalnız peyvənd vurdurmaq üçün cəmiyyət arasına çıxıb.
Evdə olarkən qadın televizora çox baxmadığını, vaxtını kitab oxumağa və krossvord həll etməyə sərf etdiyini bildirib.
Pandemiya bitənədək Karr əvvəlki kassir vəzifəsində işləməsə də, lakin bacardığı qədər xəstəxana personalına yardım etmək niyyətindədir.
[99 yaşında işə ÇIXDI - FOTO] "Qayıda bilməyim möhtəşəmdir. Faydalı bir şey etdiyimi hiss edirəm. Yenidən insanlarla ünsiyyətdə olmaq çox xoşdur", - deyə Beril hisslərini ifadə edib.