Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 20:14
"San Paulu"nun müdafiəçisi Dani Alves "Mançester Siti"yə transfer ola bilmədiyinə görə peşman olduğunu etiraf edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu "Spor TV"yə açıqlamasında deyib:
"2017-ci ildə "Mançester Siti"yə transfer olmadığıma və Qvardiola ilə işləyə bilmədiyimə görə peşmanam. Hər vəziyyətdə çıxış yolu tapan insanlarla işləmək yaxşıdır. Qvarrdiolanın komandasına qoşulmadığım üçün peşmanam. Ancaq PSJ-yə keçid üçün təəssüflənmirəm. Bu klubda yaşadığım hekayə inanılmaz idi".
Qeyd edək ki, Alves "San Paulu"ya 2019-cu ilin yayında azad agent kimi qoşulub. Onun Braziliya klubu ilə müqaviləsi 2022-ci ilin sonuna qədərdir.