Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 20:16
"Napoli"dən ayrılan Cennaro Qattuzo klubla vidalaşıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis İtaliya təmsilçisinin rəsmi saytına açıqlamasında deyib:
"Napoli"də çox yaxşı bir dövr keçirdim. Bu, bir il yarım gözəldir. "Napoli"yə olan sevgimi qəlbimdə əbədi saxlayacağam. Bu möhtəşəm komanda ilə işləmək şansı qazandığım üçün kluba təşəkkür edirəm".
Qeyd edək ki, Qattuzo 2019-cu ilin dekabrından "Napoli"ni çalışdırırdı. Komanda bu mövsüm onun baş məşqçiliyi altında A seriyasını 5-ci pillədə başa vurub.