Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 20:48
"ABŞ təyyarənin uçuş istiqamətinin məcburi şəkildə dəyişdirilməsi və Minskdə eniş zamanı belaruslu jurnalist Roman Protaseviçin həbsini qətiyyətlə pisləyir".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
O bildirib ki, jurnalistin dərhal azad olunması tələb edilir:
"ABŞ iki Avropa İttifaqına üzv dövlət arasındakı uçuşun məcburi şəkildə dəyişdirilməsini və daha sonra jurnalist Roman Protaseviçin Minskdə saxlanılmasını kəskin şəkildə qınayır. Dərhal sərbəst buraxılmasını tələb edirik.
Lukaşenko administrasiyasının bu şok hərəkəti ABŞ vətəndaşları da daxil olmaqla, 120-dən çox sərnişinin həyatını təhlükəyə atıb".
Dövlət katibi bəyan edib ki, məcburi eniş saxta bəhanələrlə əsaslandırılıb:
"Buna görə bu hadisələri nəzərdən keçirmək üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının ən qısa zamanda iclasının keçirilməsinin tərəfdarıyıq".
Qeyd edək ki, Yunanıstandan Litvaya gedən "Ryanair"ə aid 123 nəfəri daşıyan təyyarə bomba xəbərdarlığı iddiası ilə Belarus hava məkanında məcburi endirilib. Sərnişinlər arasında olan "Nexta" ve "Belarus Golovnogo Mozga" teleqram kanallarının rəhbəri Roman Protaseviç saxlanılıb.
Buna adekvat cavab olaraq bir sıra Aİ ölkələri Belarusa və Belarus hava məkanından uçuşları dayandırmaq qərarı alıb. Aİ məsələ ilə bağlı liderlərin zirvə görüşündən öncə Belarusa sanksiyaları müzakirə edəcək.