Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 22:38
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 175 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 min 104 nəfər test edilib, onların 9 min 375-nin koronavirus testi pozitiv nəticə verib, 11 min 192 nəfər sağalıb, min 667 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 46 min 621 nəfər ölüb.
Türkiyədə indiyədək 5 miyon 186 min 487 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 203 min 385 nəfəri müalicə olunaraq evə buraxılıb.