Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Panasonic” hərbi standarta uyğun planşet təqdim edib

“Panasonic” hərbi standarta uyğun planşet təqdim edib

Tarix: 25 May 2021 22:56

"Panasonic" yeni korpusu daha möhkəm olan "Toughbook S1" planşet təqdim edib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, suya və toza davamlı IP67 standartına uyğun dayanıqlı olan yeni tablet MİL-STD 810H hərbi standartının tələbləri çərçivəsində hazırlanıb.

Qualcomm SDM660 Octa-Core prosessoru ilə təchiz olunmuş yeni planşet Android 10 əməliyyat sistemilə çalışır və 7 düyümlük (1280 x 800) ekrana malikdir. Wi-Fi-lı versiyası 3200 mAh, 4G standartını dəstəkləyən versiyası isə 5580 mAh batareya ilə təchiz olunur.

64 GB ROM və 4 GB RAM yaddaşına malik yeni planşetin qiyməti 2500 ABŞ dollarından başlayır.


Etiketlər:  Panasonic hərbi standarta uyğun planşet təqdim edib


RƏYLƏR