Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid Seymur Allahverdiyevin doğum günü idi - VİDEO

Şəhid Seymur Allahverdiyevin doğum günü idi - VİDEO

Tarix: 26 May 2021 11:14

Kiçik çavuş Vətən Müharibəsinin ilk günlərində şəhadətə ucalıb

Milli.Az Real TV-ə istinadən bildirir ki, deyirlər oğul var evdən gedir,oğul da var eldən. Vətənin oğlu, qanı,canı bahasına torpağlarımızı azad edən Seymur Allahverdiyevin bu gün doğum günüdür. Yaşasaydı 36 yaşını qeyd edəcəkdi. Gədəbəy rayonu Parakənd kəndində doğulan Seymur Qərib oğlu Allahverdiyev 1991-2000-ci ildə orta təhsilə yiyələnib. Daha sonra Seymur Gəncə şəhər Tibb Kollecində orta ixtisas təhsilini alıb. 2003-cü ildə hərbi xidmətə yollanan Seymur Allahverdiyev xidmət dövründə Kiçik Çavuş hərbi rütbəsinə yüksəlib. Dəfələrlə fəxri-fərman və təşəkkürnamələrlə təltif edilib. 2016-cı ildən isə "N" saylı hərbi-hissədə "Tibb"işçisi kimi işə başlayıb, eyni zamanda "Motoatıcı Manqa Komandiri"ixtisasını bitirərək, manqa komandiri təyin olunub. Tovuz döyüşlərində müdafiəyə qalxan Seymur Allahverdiyev vətən müharibəsi başlayanda da ilk sıralarda idi. Qəhrəmancasına vuruşan Seymur bir neçə strateji yüksəkliklərin azad olunmasında fəal iştirak edib. Müharibənin ilk günlərində şəhadət zirvəsinə ucalıb.

Seymur Allahvediyev 2020-ci iln noyabr ayının 29-u doğulduğu kənddə dəfn olunub. MövlUdun mübarək Şəhidim!

Milli.Az


Etiketlər:  Şəhid Seymur Allahverdiyevin doğum günü idi VİDEO


RƏYLƏR