Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2021 13:52
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri başa çatıb və qəsəbə elektik enerjisi təchiz olunub. Artıq "Azərişıq Qarabağda" layihəsi çərçivəsində Suqovuşan ərazisində işlər yekunlaşdıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Suqovuşan ərazisinin elektrik təchizatını təmin etmək üçün müasir izolyasiyalı və mühafizəli 35 kV kabel xəttindən istifadə ənənəvi elektrik veriliş xətlərinə nisbətən bir neçə üstünlüyə malikdir.
Bundan əlavə, istifadə olunan dayaqlara çəkilən xərcləri 3-5 dəfə, istismar və saxlanma xərclərini 4 dəfə azaltmaqla yanaşı, əhalinin həyat və sağlamlığına təhlükə ehtimalı aradan qaldırılır, hər 1 km elektrik xəttinin mühafizə zonasına görə 5 dəfədən artıq faydalı torpaq sahəsinin istifadəsinə imkan verir.
Gələcəkdə yarımstansiyada 2-ci 35 kV-luq transformatorun quraşdırılması nəzərdə tutulub. Hazırda yarımstansiyadan bir hərbi hissə elektrik enerjisi ilə təmin olunur. Suqovuşan qəsəbənin daxili şəbəkəsində isə 0.4 kv hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib. Artıq qəsəbə elektrik enerjisi ilə təmin olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: