Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əsgərlərimizin əsir götürülməsinin günahı Paşinyandadır” - Erməni politoloq

''Əsgərlərimizin əsir götürülməsinin günahı Paşinyandadır” - Erməni politoloq

Tarix: 27 May 2021 18:02

"Son 2 həftədəki hadisələrdən xəbərdar olan hər kəsə aydın olur ki, 6 əsgərimizin gecə əsir götürülməsinin səbəblərindən biri Nikol Paşinyanın atəş açmamaq əmridir".

Sonxeber.net "bizim.media"-ya istinadən xəbər verir ki, bu fikirləri erməni polotoloq Edqar Elbakyan "panorama.am" saytında yazıb.

"5000-dən çox insanın qanı bahasına hakimiyyəti əlində saxlayan bu vəhşi (Nikol Paşinyan nəzərdə tutulur) seçkiqabağı dövrdə "barış mələyinə" çevrilib, indi də Ermənistanı və ordumuzu bu şəkildə məhv edir. Ermənistanın və Qarabağ torpaqlarının azad edilməsi ölkədə qurulan ""xarici hakimiyyət"in devrilməsindən sonra başlayacaq", deyə o, qeyd edib.

Unudurlar ki, ordusu gorbagor olan Ermənistan bundan sonra Azərbaycanın bir qarış toprağını belə işğal edə bilməz.

Qarabağın hələ də erməni diversantlarının əlində olan rayonlarımızda isə bayrağımızın dalğalanması günü heç də uzaqda deyil.


Etiketlər:  Əsgərlərimizin əsir götürülməsinin günahı Paşinyandadır Erməni politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ