Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 06:10
"Hazırda Amerika kəşfiyyatında yeni növ koronavirus infeksiyasının insanın yoluxmuş heyvanla təması nəticəsində, yoxsa laboratoriyada baş verən hadisədən sonra meydana gəldiyini dəqiq söyləmək üçün kifayət qədər məlumat yoxdur".
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, ABŞ Prezidenti Cozef Baydenin adından yayımlanan açıqlamada belə deyilir.
Qeyd olunub ki, ölkə kəşfiyyatı hər iki versiya üzərində iş aparır. Bildirilib ki, Amerika lideri ABŞ kəşfiyyatına bütün mövcud məlumatları öyrənmək və 90 gün ərzində bu mövzuda yeni hesabat hazırlamaq üçün göstəriş verib.