Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 10:54
ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib.
Sonxeber.net bu barədə Dövlət Departamentinə istinadən məlumat verir.
1918-ci ildə müsəlman dünyasında ilk demokratik hökumətin qurulmasını qeyd edən E.Blinken ABŞ hökuməti adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.
Dövlət katibi qeyd edib ki, ABŞ Azərbaycanla iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində 30 illik tərəfdaşlığı yüksək qiymətləndirir.
Onun sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya enerji tədarükünün şaxələndirilməsi prosesinə mühüm töhfə verir:
"ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Qarabağda uzunmüddətli siyasi həll barədə danışıqlarda və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılmasında tərəflərə kömək etməyə sadiqdir".