Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 11:44
"İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş"ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir.
Sonxeber.net bildirir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.