Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 12:34
Son günlər sosial şəbəkələrdə, eləcə də xəbər saytlarında poliklinikalarda olan növbə problemi ilə bağlı məlumatlar yayılır. Amma əslində bu problemlər olmaya da bilər. Bunun üçün isə randevu.its.gov.az saytına daxil olaraq qeydiyyatdan keçmək tövsiyə olunur.
Bu saytdan qeydiyyatdan keçməklə növbə gözləmədən peyvənd olunmaq mümkündür.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 2 dəqiqə vaxt sərf etməklə uzun növbə gözləmədən peyvənd olunmaq mümkündür. Ancaq ya məlumatsızlıqdan, ya da laqeydlikdəndir ki, bəzi insanlar elektron xidmətlərdən istifadə etmirlər və nəticədə poliklinikalarda uzun növbələr yaranır.
Amma İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan randevu.its.gov.az saytına daxil olub ordakı təlimatları yerinə yetirməklə rahatlıqla növbəyə yazılmaq mümkündür.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koordinatoru Pərvin Baxşəliyeva deyib ki, bu sayt təkcə insanların rahatlığını təmin etmir, eyni zamanda işlərin daha tez həll olunmasına imkan verir.
Xatırladaq ki, sayt fevral ayından istifadəyə verilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: