Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni nazirin istefası: Ayvazyan Paşinyana “ortaq” olmaq istəmədi

Erməni nazirin istefası: Ayvazyan Paşinyana “ortaq” olmaq istəmədi

Tarix: 28 May 2021 13:16

"Emənistanın xarici işlər naziri Ara Ayvazyanın istefası gözlənilən idi. Nikol Paşinyan müharibədən sonra onu zorən nazir təyin etmişdi. Çünki başqası yox idi, müharibədə ağır məğlubiyyətdən sonra Paşinyan üçün bu postda çalışmaq istəyən diplomat tapmaq çətin idi".

Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Emənistanın xarici işlər naziri postundan istefa verən Ara Ayvazyanın addımını şərh edərkən bildirib.

"Ermənistanın uzaq ölkələrdən birində səfiri işləyən Ayvazyan nazir olmağa razılaşdı. Ancaq az sonra bəlli oldu ki, o Paşinyanla yola getmir. Misal üçün Nikol Paşinyan müharibədən sonra açıqlamalarında bir qədər diqqətli olmağa çalışarkən Ayvazyan Azərbaycan əleyhinə açıqlamalarda radikal ermənilərdən geri qalmırdı və bununla ümumi vəziyyəti gərginləşdirirdi".

Ekspert deyir ki, Ara Ayvazyan böyük ehtimalla istefaya gedəcəyini özü üçün bir müddət əvvəl müəyyələnlişdirmişdi.

"Görünür o, gələcəkdə Paşinyanla birgə xatırlanmaq istəmir. Digər tərəfdən, Ayvazyanın Azərbaycandan şikayətlərinin və müxtəlif dövlətlərə yalvarışlarının da nəticəsi olmadı. Ancaq Ayvazyanın dünənki istefa qərarını verdiyi, yəni yazdığı istefa statusunun zamanı diqqətimi çəkdi. Deməli Ara Ayvazyan axşam saat 8-də Hindistanın Ermənistandakı səfiri ilə görüşdü, yarım saat sonra Avropa İttifaqının İrəvandakı təmsilçisiylə görüşdü, bundan 20 dəqiqə sonra istefa verdiyini bəyan etdi, sanki gün ərzində işlərini yekunlaşdırıb qapını çırpdı.

Ən maraqlısı bundan sonrasıdır. Ermənistanda parlament seçkisinə cəmi 20-22 gün qalıb. Bu zaman kəsiyində Paşinyana xarici işlər naziri postuna kimi təyin edəcəyi və kimin bu posta razılaşacağı maraqlıdır. Çünki gəmini tərk etmək istəyənlərin sayı artır",- E.Şahinoğlu bildirib.

Ara Ayvazyanın istefasına münasibət bildirən sdiyasi şərhçi Asif Nərimanlı deyir ki, səbəb sərhədlərlə bağlı yeni müqavilənin imzalanmasına "ortaq" olmaq istəməməsidir.

"Hacıqabul doğumlu, Qüdrət Xancanov adlı azərbaycanlının oğlu olduğu deyilən Ayvazyanın bu addımının təkcə özünün yox, həm də Fransanın qərarı olduğunu deyə bilərik".

Ekspert xatırladıb ki, Ayvazyan müharibədən sonra xarici işlər naziri təyin olunanda Fransadakı erməni diasporuna yaxınlığı haqda məlumatlar var idi.

"Onun təyinatdan dərhal sonra Qarabağın "statusu" məsələsini gündəmə gətirməsində, ümumiyyətlə nazir kimi fəaliyyətini əsasən bu istiqamət üzərində qurmasında da Parisin rolu görünürdü.

Münaqişənin həllindən kənarda qalan Fransa "status" məsələsi üzərindən həmsədr ölkə kimi yenidən bölgəyə qayıtmaq istəyir. Ermənistanda müharibədən sonra "status" məsələsini rəsmi şəkildə ilk dəfə Ayvazyanın gündəmə gətirməsi bu kontekstdə təsadüfi deyildi".

A.Nərimanlının sözlərinə görə, Fransa yeni sənədi qəbul etmədiyini Ayvazyanın istefası ilə də Paşinyana çatdırır:

"İstefadan sonra Ayvazyanın siyasi fəaliyyətə qoşulacağı, Fransanın, ümumilikdə erməni diasporunun Ermənistanın siyasi palitrasında yeni fiqururunun məhz o olacağı da istisna deyil. Parisin Ermənistanın siyasi müxalifət cameəsində aktivləşəcəyi gözləniləndir.

Bu istefa diqqətçəkən bir detal da var: sərhədlərlə bağlı yeni sənəd Paşinyanın iddia etdiyi kimi, "100 faiz Ermənistanın xeyrinə" deyil, əksinə, Azərbaycanın tələbləri əsasında hazırlanacaq. Əks-təqdirdə Ayvazyan buna ortaq olmaqdan boyun qaçırmazdı".


Etiketlər:  Erməni nazirin istefası Ayvazyan Paşinyana ortaq olmaq istəmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ