Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisi qalmaqala səbəb oldu

Azərbaycan millisi qalmaqala səbəb oldu

Tarix: 29 May 2021 09:00

Azərbaycan millisi Kiprin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatından qovulub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Emil Həsənovun finalda Rusiya samboçusu ilə görüşdə ağrıdıcı fəndlə uduzması azərbaycanlı məşqçilərin xoşuna gəlməyib.

Onlar bunun qərəzli şəkildə edildiyini bildirib və etirazlarını sərt şəkildə çatdırıblar. Bu səbəbdən də təşkilatçılar Azərbaycan komandasının yarışdan uzaqlaşdırılması barədə qərar çıxarıb.

Komandanın qazandığı nəticələr isə silinib.

Milli.Az


Etiketlər:  Azərbaycan millisi qalmaqala səbəb oldu


RƏYLƏR