Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 11:02
Gəncə şəhərində telefon və internet xidmətləri ilə təmin olunmadığı üçün əziyyətlə üzləşən onlarla ev və sakin var.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, şəhərin Məhsəti qəsəbəsinin bir qrup sakini yerli rabitə orqanlarının onları xidmətlə təmin etməməsindən narazılıq edirlər.
Sakinlər deyir ki, yaxınlıqdakı evlər həm telefon, həm də internetlə təmin edilib, onlar bu xidmətlərdən istifadə edə bilmirlər.
Sakinlər bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həm yerli qurumlarına, həm də mərkəzi aparatına şifahi və yazılı müraciətlər etsələr də, məsələ hələ də həllini tapmayıb.
Telefon və internet xidmətlərinin olmaması pandemiya şəraitində sakinlərin xərc və əziyyətlərini daha da artırıb. Onlayn dərslərə qoşula bilməmək məktəblilərin tədrisdən geri qalmasına səbəb olur.
Qəsəbəyə xidmət göstərən Gəncə Telekommunikasiya İdarəsinin 259 saylı elektron ATS-dən isə bildiriblər ki, məsələ ilə bağlı vətəndaşların narazılığı haqqında məlumatlıdırlar.
Elektron ATS-ın rəisi Əlövsət Ələsgərovun sözlərinə görə, əraziyə telefon və internet çəkilişi ancaq müvafiq smeta-layihələndirmə işləri başa çatdıqdan sonra aparıla bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: