Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 13:55
Türkiyəli müğənni Hadisənin aparıcılar Seren Serengil ilə Cengiz Semercioğluna açdığı təzminat davasının məhkəmə prosesi sona çatıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, hakim aparıcıların Hadisə Açıqgözə 8 min TL (təxminən 1 607 manat) mənəvi təzminat ödəmələri haqda qərar qəbul edib.
Qeyd edək ki, 2018-ci ildə Hadisənin Bodrumda işlətdiyi çimərliyinə 1 milyon 900 min TL borcu olduğu iddia edilmişdi. Seren Serengil ilə Cengiz Semercioğlu da bu xəbəri öz verilişlərində müzakirə etmiş və rəylər bildirmişdilər.