Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 14:56
Şamaxıda Sumqayıt sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səlimbəyli saxlanılıb. Şəxsi axtarış zamanı ondan "Marqolin" markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Araşdırma aparılır.