Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2019 00:32
Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində son oyununu keçirəcək.
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Elşad Əhmədovun komandası Türkiyə Superliqası təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq.
Görüş avqustun 5-də Ankarada, “Gənclərbirliyi” İlhan Cavcav bazasında olacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.