Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rənglərin dünyası

Rənglərin dünyası

Tarix: 29 May 2021 19:15

Rənglərin hərəsinin öz mənası və insanra özünəməxsus təsirləri vardır. Hər bir rəngin öz dili, öz sözü, öz aurası var. Məsələn, bəzi profesional aşbazlar öz mətbəxlərinin rəngini özləri seçmir, mütəxəssislərə etibar edirlər. Çünki onlar bütün gün mətbəxdə çalışan insanları qıcıqlandırmayacaq, yorğunluqlarını aradan qaldıracaq rənglərə üstünlük vermək istəyirlər. Yaxud  mütəxəssislər cərrahi əməliyyatxanaların divarının rəngini elə seçirlər ki, həm xəstələrin, həm də cərrahların sinir sistemini sakitləşsin.
Rənglər üzərində araşdırmalar aparan mütəxəssislər rənglərin insan psixologiyasına təsir göstərdiyini təsdiqləyirlər.
Mütəxəssislər lacivərd rəngin lyuks həyat, zənginlik və zərifliyin simvolu olduğunu söyləyirlər.
Qırmızı rəngin insanlara istilik, od, alov, sevgi, eşq, səmimiyyət, güc, həyəcan və aqressivlik rəngi olduğu söylənilir.
Rənglərin insanlara psixoloji təsiri olduğuna görə dekorasiya zamanı dekor mütəxəssisləri bunları nəzərə alırlar. Evin, ofisin, tamaşa zalının, hətta televiziya reklamlarının çəkilişi zamanı dekorasiya ustaları cəlbedici rənglərdən istifadə etməklə diqqət cəlb etməyə çalışırlar.
Rənglər həyatınızın bir parçasıdır. Çalışın həyatınıza rəng qatın.


Etiketlər:  Rənglərin dünyası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ