Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda “Range Rover” divara çırpıldı - VİDEO - FOTO

Bakıda “Range Rover” divara çırpıldı - VİDEO - FOTO

Tarix: 31 May 2021 09:56

Bakının Nəsimi rayonunda 2 avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Abbasqulu ağa Bakıxanov və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.

Yol kəsişməsində "Range Rover" yüksək sürətlə "Lada Priora" markalı minik avtomobilinə çırpılıb.

Zərbənin gücündən "Range Rover" yol kənarındakı binanın divarına və işıq dirəyinə dəyib.

Hadisə nəticəsində "Range Rover"də olan bir nəfər xəsarət alıb, avtomobillərə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda Range Rover divara çırpıldı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ