Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

10 iyundan hansı qadağalar ləğv olunacaq? - SİYAHI

10 iyundan hansı qadağalar ləğv olunacaq? - SİYAHI

Tarix: 31 May 2021 10:16

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır.

Milli.Az xəbər verir ki, bu gündən bir sıra yumşaldılma tədbirinin görülməsinə qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu gün açıq havada maskasız gəzməyə icazə verilir, metro açılır, bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir.

Bəs növbəti qərarlar hansılardır və nə vaxtdan tətbiq olunacaq?

Bu sualın cavabını sizlər üçün hazırladıq. 10 iyundan ləğv olunacaq qadağalar bunlardır:

- ibadət yerləri açılır;

- iri ticarət mərkəzləri açılır;

- çimərliklər açılır, ötənilki qaydalarla tənzimlənəcək;

- idman zallarının fəaliyyəti bərpa edilir, lakin COVID pasportu olan, yəni vaksinasiyadan keçmiş şəxslər üçün.

- Azərbaycanda COVID pasportu tətbiq olunacaq.

İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVID pasportu tətbiq olunacaq.

Milli.Az


Etiketlər:  10 iyundan hansı qadağalar ləğv olunacaq SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ