Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 11:10
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əsgəri intihar edib.
Sonxeber.net xəbər verir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov Report-a bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.
Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.
Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.