Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günel Reza Zərrabla münasibətlərindən danışdı - Etiraf

Günel Reza Zərrabla münasibətlərindən danışdı - Etiraf

Tarix: 31 May 2021 11:25

"İllər əvvəl olan səs yazısını ortaya çıxarıblar. İndi ağlınıza gəldi? O vaxt dəstək olmayanda, indi dəstək olmağa başlayıb".

Mİlli,Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova  məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. Sənətçi Ebru Gündeşlə yeni boşanan keçmiş sevgilisi, iş adamı Rza Zərrabla bağlı sualları cavablandırıb:

"Bir gün biri dedi, mənə sevginin, xəyanətin acısını anlat. Bu nə acı bibər acısıdır, nə başqa bir şey... Onun acısını anlatmaq olmaz".

"Nə vaxtsa o xanımı bağışlayarsan? Onun atası öləndə başsağlığı verdin" sözlərinə ifaçı "Hər kəsi bağışlamışam. Sabah bu həyatda nə olacaq bilmirik. Bu mənim insanlığımdır. Ata-anaya qarşı çox həssasam" reaksiyasını verib.

Günel bildirib ki, Dubayda gəlinlik paltarını seçərkən Rza Zərrab ona ayrılıq mesajı yazıb:

"Bizim münasibətdə maddiyat rol oynamırdı. Bəziləri deyir, sonradan görmüş. Elə deyildi. Bəli, geyinmişəm gəlinliyi. Amma sonrakı peşmançılıq fayda verməz. Yəqin kişiyin içinə şeytan girir. Sonra xətasını anlayır. Xətasını tez anlamışdı, bir həftə sonra".

"Onu yenidən qəbul edərsən" sualına Günel "Nə qədər insan bağışlamıram, qəbul etmirəm desə də, böyük danışmayım. Həyat elə gətirər ki, deyərlər, nə oldu? Ona görə də deməyim. Zaman hər şeyi düzəldəcək" cavabını verib.


Etiketlər:  Günel Reza Zərrabla münasibətlərindən danışdı Etiraf


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ