Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zidan: "Real"ın etibarını və dəstəyini hiss etmirdim"

Zidan:

Tarix: 31 May 2021 12:16

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan klubdan ayrılmasının səbəblərindən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Madrid təmsilçisinin dəstəyini hiss etmədiyi üçün istefa verdiyini deyib:

"Gedirəm, amma vidalaşmıram. Məşqçi kimi çalışmaqdan yorulmuram. 2018-ci ilin may ayında "Real"dakı 2,5 illik işimdən sonra ayrıldım. Çünki bu qədər qələbə və kubok qazandıqdan sonra ən yüksək səviyyədə qalmaq üçün komandaya yeni bir şey lazım olduğunu hiss etdim. İndi vəziyyət fərqlidir. Gedirəm, çünki artıq nə klubdan lazım olan etibarı hiss edirdim, nə də dəstək. Futbolu başa düşürəm və "Real" kimi bir klubun tələbləri ilə tanışam. Bilirəm ki, qalib gəlmədikdə ayrılmalısan".

Qeyd edək ki, "kral klubu" başa çatan mövsüm Zidanla La Liqada 2-ci olub.

Milli.Az


Etiketlər:  Zidan Realın etibarını dəstəyini hiss etmirdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ