Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər heç vaxt unutmayacaqları dərsi alacaqlar

Ermənilər heç vaxt unutmayacaqları dərsi alacaqlar

Tarix: 31 May 2021 14:03

Azərbaycan Ordusu 44 günlük müharibədə erməni faşistlərini darmadağın etməklə bütövlükdə erməni faşizminin nəfəsini kəsdi. Çünki özünü sivil adlandıran bir xalq bu qədər vandalizm, bu qədər vəhşilik törətməzdi. Ancaq səhv etdilər. Prezident İlham Əliyevin son Ağdam səfəri zamanı da dediyi kimi "Onlar dərk edə bilmədilər ki, bizim üçün, xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik". 

Sorosun yetirməsi olan və əvvəl-axır Rusiyanı Ermənistandan çıxarmağı hədəfləyən qüvvələr "Mənim addım"ım hərəkatının ayrı-ayrı üzvləri və Ermənistandakı bəzi siyasi dairələr guya azərbaycanlıların Ermənistanın sərhədini keçdiyini bildirərək bu "təhdidlər" qarşısında tək qaldıqlarını və KTMT-nin onlara yardım etmədiyini vurğulamaqla yeganə çıxış yolunun Qərbdə olduğu fikrini ictimaiyyətə aşılamaqdadırlar.

Lakin sərhəddəki son hadisələrlə ermənilər nəinki bütün hüquqi prosedurları saymırlar, eyni zamanda 44 günlük müharibə zamanı bir dövlət kimi onları məhv olmaqdan xilas edən Rusiyaya hörmətsizlik nümayiş etdirməkdən də çəkinmirlər. Ermənistandakı seçkiqabağı daha da artan gərginliyin müxtəlif səbəbləri ola bilər. Lakin rəsmi Bakını bunun hansı qüvvələr tərəfindən və nə üçün edildiyi yox, dövlət sərhədlərinin təhlükəsizliyi maraqlandırır. Ermənistan tərəfi də çox yaxşı anlayır ki, Azərbaycanın bu provokasiyalara cavabı hətta II Qarabağ müharibəsindəki qədər ağır ola bilər. Amma görünür Ermənistan da Azərbaycanın hərbi güc tətbiq etməsini istəyir. Oradakı revanşist qüvvələr çalışırlar ki, hər nə yolla olursa olsun, özləri üçün alçaldıcı hesab etdikləri 10 noyabr bəyanatının əsas bəndlərindən olan Zəngəzur dəhlizinin işə salınmasını əngəlləsinlər, bununla paralel olaraq regionda 44 günlük müharibənin ardından təhlükəsizlik zəmanətçilərinə çevrilən Rusiya və Türkiyəyə qarşı Minsk Qrupunun digər iki üzvü olan Fransa və ABŞ-ın mövcudluğunu təmin edərək özbaşınalıqlarına davam etsinlər. Bu ehtimalları istər Nikol Paşinyanın Moskvaya qarşı açıq şəkildə qurduğu şantaj xarakterli cümlələrdən, istərsə də Laçın, Kəlbəcər, Zəngilan istiqamətində düşmənin artan təxribatlarından sezmək mümkündür. O bildirib ki, Rusiyanın rəhbəri olduğu KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) hələ də Azərbaycan qüvvələrinin əvvəlki mövqelərə geri çəkilməsinin zəruriliyi barədə qəti mövqe bildirməyib. Əlavə edib ki, KTMT-nin Azərbaycanla sərhəddəki problemə dair addımlarının surəti Ermənistanı qane etmir. Əgər bu təşkilat sərhəddəki problemi həll etməsə, Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət edəcək. Paşinyanın aşkar şəkildə Rusiyaya qarşı olan bu bəyanatından maraqlı məqamlardan biri odur ki, Paşinyan bu ölkənin XİN rəhbəri Ara Ayvazyanın, ardınca Fransa prezidenti Makronun bir müddət əvvəl səsləndirdiyi fikirləri təkrarlayıb və Azərbaycan-Ermənistan məsələsini məhz BMT TŞ tribunalına çıxarmağın tərəfdarı olduğunu dilə gətirib. Eyni tezis, eyni ssenari...

Lakin Paşinyan unudur ki, vaxtilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılmış və mandat almış ATƏT-in Minsk Qrupu yalnız Dağlıq Qarabağ bölgəsində ermənilər yaşayan ərazilərdə keçərlidir. Ermənistan Azərbaycan sərhəddinə Minsk Qrupunun heç bir aidiyyatı yoxdur. İki müstəqil dövlətin öz sərhədlərinin demarkasiyası ilə məşğul olacaqsa, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hansı əsaslə bu prosesə müşahidəçilik edəcək?! Paşinyanın bu bəyanatı tamamilə populist, mənasız bir bəyanatdır. 

Təbii ki, istər sərhəddə delimitasiya, demarkasiya proseslərinə mane olmaq üçün ermənilərin sərhəddə yaratdıqları insidentlər, istərsə də Paşinyanın mənasız, heç bir beynəlxalq qanuna, hüquqa əsaslanmayan bəyanatlarının arxasında Ermənistanın növbəti məkirli planları dayanır. Paşinyanın atdığı addımlar da bu siyasətin təsdiqidir. Bununla seçki öncəsi imkanlarını genişləndirmək istəyən Paşinyan özəlini gücləndirməyə çalışır. Lakin o, unudur ki, Azərbaycan yenidən Ermənistana həm sərhədini, həm də həddini göstərə bilər. İstər Paşinyan, istər himayədarları, istərsə də Ermənistandakı müxalif və revanşist qüvvələr unudurlar ki, Azərbaycana qarşı hər hansı bir təxribat Ermənistana yalnız faciə gətirəcək. 

44 günlük savaşdan nəticə çıxarmayan haylar növbəti dəfə mayın 27-də faktiki olaraq Azərbaycan ərazisində terror, qanlı təxribat cəhdi etdilər. Belə ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstəriblər. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin iki diversant qrupuna (Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub) qarşı dərhal əməliyyat tədbirləri görülüb. Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Öncə bir incə məqama xüsusi diqqət yetirək: ələ keçən bu ermənilər qətiyyən hərbi əsir sayıla bilməz. Hərbi əsir müharibə dövrünə aid termindir. Ermənistanla Azərbaycan arasında baş verən II Qarabağ müharibəsi isə 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatla bitdi.

10 noyabrdan sonra Azərbaycanın ərazisində peyda olan ermənilər məhz təxribatçı-diversantdır, sərhəd pozucularıdır. Azərbaycan beynəlxalq hüququn aliliyinə, o cümlədən məhbusların tutulması əməliyyatları və onlarla rəftara aid olan beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları üzrə öhdəliklərinə riayət etməyə sadiqdir. Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi və beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxıb və geri qaytarıb. Konkret olaraq onlar mayın 27-də Azəbaycan ərazisində yollara minalar düzərkən yaxalanıblar. Bu, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində açıq-aydın terror törətmək cəhdidir. Əslində isə həm Azərbaycan qanunları, həm də beynəlxalq hüquq bu təxribatçı-terrorçuların tutulub cəzalandırılmasını tələb edir.

Azərbaycan hərbiçilərinin terror aktı törətmək istəyərkən ələ keçirdiyi 6 erməni diversant faktiki olaraq atəşkəs rejimini, 10 noyabr bəyanatını pozmaqla yanaşı, sərhəd pozuculuğu və terror cəhdi ediblər. Bunun üçün də həmin şəxsləri həm beynəlxalq, həm də daxili hüquqa uyğun olaraq qanuni əsasda, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, törədilmiş təxribat və digər cinayətlərə görə mühakimə olunacaqlar. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənilər heç vaxt unutmayacaqları dərsi alacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ