Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni xətlərdə qatarların hərəkəti radiodalğalarla idarə olunacaq

Yeni xətlərdə qatarların hərəkəti radiodalğalarla idarə olunacaq

Tarix: 31 May 2021 16:12

Bakı metropoliteninin yeni xətlərində qatarların hərəkəti radiodalğalarla idarə olunacaq.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, söhbət ox sayğacların istifadəsindən gedir ki, onların tətbiqi "Nərimanov" deposunda yekunlaşmaq üzrədir.

"Yeni xətlərdə qatarların radiodalğalarla idarə edilməsi üçün SBTC sistemi tətbiq olunacaq. Hazırda depo şəraitində yerinə yetirilən işlər məhz həmin prosesə keçidin birinci mərhələsindəyik. "Nərimanov" deposunda bu işlər yekunlaşdıqdan sonra, artıq metronun xətlərində davam etdiriləcək", - deyə B. Məmmədov qeyd edib.


Etiketlər:  Yeni xətlərdə qatarların hərəkəti radiodalğalarla idarə olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ