Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2019 14:04
Bakı. Mətanət Nəsibova - Trend:
Spirtli və spirtsiz içkilərin istehsalı ilə məşğul olan “Azgranata” şirkəti bu ilin sonunadək istehsal həcmini genişləndirəcək.
Bu barədə Trend-ə şirkətdən deyiblər. Mənbənin sözlərinə görə, hazırda müəssisədə bir neçə növ şərab məhsulu, o cümlədən 3 növ spirtsiz şərab istehsal olunur:
“Daxili bazarda bizim məhsulumuza böyük tələbat var, satış həcmləri ildən-ilə artır. Bu ilin əvvəlindən satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 15-20 faiz artıb, 2017-ci illə müqayisədə isə artım 25 faiz təşkil edib”.
Şirkətdən bildiriblər ki, planlara ixrac tədarükünün artırılması da daxildir:
“Biz Rusiyaya şərab məhsulunun ixracını artırmağı planlaşdırırıq, çünki bu bazarda böyük tələbat var. İlk növbədə, söhbət quru marka şərabların ixracından gedir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin