Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 23:14
Son 5 ildə dünyanın inkişaf etmiş ölkələrinin sosial əmək və səhiyyə mütəxəssisləri işçi qüvvəsinin 4 həftəlik iş rejiminə keçməsini aktiv müzakirə edir.
Artıq Yeni Zelandiya, Niderland, İsveç kimi ölkələrdə dövlət səviyyəsində qısaldılmış iş həftəsinə keçid olunub və bu proses davam edir.
Sonxeber.net xəbər verir ki, Dünya Səhiyyə təşkilatı həftədə 5-6 gün iş rejiminin insanın orqanizminə mənfi təsir etdiyindən narahatlığını bildirib.
2 il əvvəl Cenevrədə Beynəlxalq əmək təşkilatının 108-ci sessiyasında qeyd edilib ki, insanların işdə uğur uğrunda daim qaçması, həftənin 5 günü beyninin yalnız əmək və işlə məşğul olması və daha çox işdə faydalı olmaq barədə düşünməsi ümumi sistemdə xroniki yorğunluq və stresslə nəticələnir. Bu da əmək qabiliyyəti və effektivliyini azaldır. İnsanların sağlamlığını tez sıradan çıxarır.
Medicina.az xəbər verir ki, gənclərin əsas işdən əlavə işlərə və gəlir qazanmaq üçün məşğuliyyətlərə üz tutması onların gündə 11-12, bəzən 13, həftədə 60 saatdan çox işləməsinə səbəb olur.
Təkcə 2016-cı iıdə həddən artıq uzun iş saatları 750 mindən çox orta yaşlı insanın insult və infarktdan ölümünə səbəb olub.
Elmi araşdırmalar sübut edib ki, normada həftədə 35-40 saat əvəzinə 55-60 saat işləyən insanlarda insult riski 35%, ürəyin işemik xəstəliyi - 18% artır.
Çox uzun gün və saat işləmək - iş yeridən asılı olmayaraq - sağlamlığa ziyandır və erkən ölümə səbəb ola bilər.
ÜST rəhbəri Tedros Qebreyesus bildirib ki, pandemiya dövründə evdən onlayn işləmək evlə iş yeri arasındakı sərhədi də aradan götürüb və insan bəzən evdə olduğu dövrdə də işinə qayıtmağa və işləməyə məcbur olub.
"Bir çox iş yerləri işçi ixtisarı apararaq, yerdə qalan əməkdaşları normadan artıq yükləmiş və digərlərinin də yerinə işləməyə vadar etmişdir. Çox zaman insanlar iş yerlərini itirməmək, karyera və maaş naminə bunui problem etmir və bacaracağını düşünür. Lakin bunun fəsadları gələcəkdə sağlamlıqda özünü göstərəcək. Heç bir gəlir və iş insult və infarkt riskinə dəyməz" - deyə Tedros bildirib.
Az işləmək daha faydalı və uğurludur
Dünyanın ən zəngin Mikrosoft şirkəti 2019-cu ildən 50% işçisini 4 həftəlik iş rejiminə keçirib. Digər əməkdaşlar da gündə 8 saatdan artıq işləmir.
Mikrosoft işçilərinin işləməkdən çox yaxşı dincəlib, yeni həftəyə enerji yığmasının vacibliyini vurğulayır.
Belə rejimə keçəndən sonra şirkətin uğurlarında heç bir geriləmə olmayıb.
Bu hələ 1970-ci illərdə alimlər tərəfindən sübut edilib ki, iş həftəsinin qısa olması həm əməkdaşların sağlamlığına, həm də onların əmək faydalılığına müsbət təsir edir. Şirkətlər bundan uduzmur.
4 günlük iş həftəsində çalışan insan az yorulur, fiziki və zehni gücü tükənmir, az xəstələnir, daha çox motivasiya alır, işinə ürəklə gəlir, tapşırıqları dəqiq yerinə yetirir, işinin nəticəsi daha uğurlu olur. /medicina.az