Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 09:00
Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi günü koronavirusa qarşı peyvənd olunub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə prezident "Twitter" hesabında yazıb.
Makron bütün fransızları peyvənd olunmağa çağırıb: "Mən və Brijit (həyat yoldaşı - red.) peyvənd olunduq. Hamı peyvənd olunsun, özümüzü və yaxınlarımızı qoruyaq".
Fransa liderinin hansı peyvənddən istifadə etdiyi açıqlanmayıb.
Xatırladaq ki, Makron 2020-ci ilin dekabrında koronavirus infeksiyasına yoluxmuşdu.