Tarix: 4 Avqust 2019 21:04
"Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsində Rusiyanın “Arsenal” (Tula) klubu cavab matçının ən yaxşıları məlum olub. Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə başa çatan matçın ən yaxşısı Dario Federiko olub.
“Neftçi” - “Arsenal” oyunu üçün “InStat”ın göstəricilərindən bəzilərini təqdim edirik:
Oyunun ən yaxşı indeksə malik futbolçusu: Dario Frederiko – 316
Çərçivəyə ən çox zərbə vuran: Rauf Əliyev, Dario Frederiko, Mamadu Mbodj – 1
Ən çox dəqiq ötürmə verən: Ömər Buludov – 21
İkili mübarizədən ən çox qalib ayrılan: Voyislav Stankoviç – 17
Ən çox cərimə qazandıran: Stiven Jozef-Monroz – 4
Qapıçının seyvi: 1