Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaksinasiya olunmaq istəyənlərin sayı kifayət qədər artıb - ŞƏRH

Vaksinasiya olunmaq istəyənlərin sayı kifayət qədər artıb - ŞƏRH

Tarix: 2 Iyun 2021 00:48

"Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı zamanı bir sıra məsələlərə diqqət çəkib və önəmli tezislər səsləndiribdir".

Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Azərbaycan beynəlxalq həmrəyliyin təşviq olunmasında maraqlı dövlətdir:

"Assambleyada Pandemiyaya qarşı mübarizədə Azərbaycanın nümunəvi ölkə olması və bununla bağlı olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərinin təşəkkür məktubları əsasən diqqətçəkəndir və Prezidentin rəhbərliyi altında pandemiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər barədə geniş, müfəssəl məlumat verilib. Ölkəmizdə pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində sosial-iqtisadi paketin qəbul olunması, modul tipli xəstəxanaların istifadəyə verilməsi və ümumən bütün dünyanı cənginə alan sosial-iqtisadi prorseslərdə ölkəmizin pandemiyadan əziyyət çəkən digər ölkələrə humanitar yardımları da diqqətə çatdırılıb. Ölkəmizdə 2021-ci ilin yanvar ayından etibarən kütləvi şəkildə immunizasiya və vaksinasiya tədbirləri həyata keçirilir və sevindirici haldır ki, son dövrlər vaksinasiya olunmaq istəyən şəxslərin sayı kifayət qədər artıb və bu da yoluxanlar ilə sağalanlar arasında dinamikaya müsbət təsir göstərən amildir.

Azərbaycan bütün dünyada qeyri-bərabər şəkildə vaksinlərin paylanılması, vaksinlərin ədalətsiz şəkildə bölüşdürülməsi və inkişaf edən dövlətlərlə inkişaf etməkdə olan və yoxsulluq səviyəsində olan ölkələr arasında vaksinlərin ədalətsizcəsinə qarşı çıxış edən dövlətdir. Ümumiyyətlə, 2020-ci ilin əvvəlindən Azərbaycan dünyada yaranan problemlərə və pandemiyanın yaratdığı fəsadlara qarşı qlobal səviyyədə təşəbbüslərin həyata keçirilməsinə imza atan dövlətdir. İlin əvvəlində Türkdilli Dövlətlərion birgə Konfransı formatında keçirilən görüşü və daha sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə digər tədbirin keçirilməsi, Qoşulmama Hərəkatına üzv olan dövlətlərin birgə konfrans formatında pandemiyaya qarşı həmrəylik və birlik çağırışları və ardınca Qoşulmama Hərəkatına üzv olan dövlətlərin birgə səyləri nəticəsində Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılması Azərbaycan Prezidentinin xüsusi təşəbbüsü sayəsində baş verdi. Prezident İlham Əliyevin dünyada nüfuzunu və liderlik keyfiyyətlərini nəzərə alan digər dövlətlərin bu təşəbbüsə dəstək çıxması nəticəsində dekabr ayında xüsusi sessiya çox uğurla keçirilib. 

Sonra Azərbaycan BMT-nin xüsusi qətnaməsinin qəbul olunmasına nail oldu. İnsan Haqları Bürosunun qəbul etdiyi qətnamə sırf qeyd etdiyimiz kimi vaksinlərin bərabər bölüşdürülməsinə qarşı olan bir qətnamədir. Bu da Azərbaycanın qlobal həmrəyliyə, birliyə, dünyada təhlükəsizliyin və sağlamlığın qorunması istiqamətində birləşdirici və həmrəyliyə təşviq edən bir addımıdır. Prezident Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında da bu məsələyə diqqət çəkdi və vaksinasiya prosesində selektik yanaşmanın olmaması və dünyada ədalətli və bərabər şəkildə vaksinlərə əlçatanlığın təmin olunması istiqamətində xüsusi fikirlər səsləndirdi və burada əsas fikirlər ondan ibarət oldu ki, dünyada mövcud olan inkişaf etmiş, inkişaf etməkdə olan və inkişaf etməmiş bütün dövlətlər arasında vaksinasiyaya əlçatanlığın təmin edilməsi mühim əhəmiyyət kəsb edir. Bu istiqamətdə ölkəmiz də beynəlxalq həmrəyliyin təşviq olunmasında maraqlı dövlətdir və bütün dünyada sağlamlığın, təhlükəsizliyin, həmrəyliyin, birliyin, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın təşviq olunmasında Azərbaycan hər zaman digər dövlətlərə də öz dəstəyini göstərib".

Təhməz Əsədov


Etiketlər:  Vaksinasiya olunmaq istəyənlərin sayı kifayət qədər artıb ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ